Cümə , 26 Aprel 2024
Drone Cameras

“Şam yandırıb, uşağın başına fırlanıb, guya ruh çıxarırmış”- uşağını öldürən ananın məhkəmə işi

5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən qadının cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimov sədrlik edib.

Məhkəmdə Nataliya Qulubəyova şahid qismində ifadə verib. O, təqdirləndirilən qadının qayınanası olub.

Gəlini ilə münasibətlərindən danışan Nataliya Qulubəyova deyib ki, əvvəl münasibətləri çox normal və yaxşı olub, amma sonrada onun hərəkətlərində fərqli fikirlər və düşüncələr yaranıb: “Mən də sonra onlardan ayrı yaşamağa başladım. Onun pz həyatı var idi, öz xarakteri var idi. Öz həyatını yaşayırdı. Ailəmizə gələndə heç bir narazılıq yox idi. Böyük ailə idik. Dostlarımız var idi. Yaxşı yaşayırdıq”.

N.Qulubəyova əlavə edib ki, mərhum nəvəsinə öz övladı kimi baxıb.

Keçmiş gəlininin xarakterindən danışan N.Qulubəyova bildirib ki, o, tək yaşamağı sevirdi, rəfiqələri olmayıb, ətrafdakılarla ünsiyyəti yox idi. 

Məhkəmədə sualları cavablandıran Nataliya Qulubəyova nəvəsinin kim tərəfindən öldürülməsi haqda suala belə cavab verib: “Mən əminəm ki, anası tərəfindən öldürülüb. Mən evə girəndə mənzərəni gördüm. O, heç bir reaksiya vermirdi. Nəvəm başqa otaqda yerdə uzanmışdı. Nazilə isə başqa otaqda divanda oturmuşdu. Heç bir reaksiya vermirdi, heç nə danışmırdı. Bir ana övladına necə qıya bilər? Mən də anayam, övladım yaşasın deyə canımı verərəm”.

Şahid hadisəni törədən zaman gəlininin affekt vəziyyətində olması ilə bağlı suala cavab verə bilməyəcəyini deyib.

Məhkəmənin davamına mərhum Fəridin atası Rüstəm Qulubəyov şahid kimi çağırılan Sima Xaliqi suallar verib.
Sima Xaliqi təqsirləndirilən şəxsi dini təriqətin iclaslarına aparıb. 

Rüstəm Qulubəyov S.Xaliqiyə sualında deyib ki, arvadının belə problemlərinin olduğu halda onlara niyə məlumat verməyib.

S.Xaliqi isə deyib ki, Nazilə Qulibəyova ilə görüşdükləri ərəfədə onun heç bir problemi olmayıb.

Şahid əlavə edib ki, hadisədən bir neçə gün əvvəl ona zəng edərək yenə də dini ayinlərə gedib-getməmələrini soruşub.
Rüstəm Qulubəyov: “Bəs uşağın vəziyyəti haqda nə deyirdi?”.

S.Xaliqi: “Mənə deyirdi ki, uşaq aqressivdir. Söz deyəndə ona aqressiv cavab verir, üzünə baxaraq gülür. Hətta deyirdi ki, onun bədəninə cin girib”.

Rüstəm Qulubəyova dostunun həyat yoldaşı olan Sima Xaliqini bu məsələləri vaxtında xəbər verməməkdə ittiham edib. O deyib ki, qabaqcadan Nazilə Qulubəyovanın vəziyyəti haqda məlumat versəyidi, bu hadisənin qarşısını almaq olardı. 
Şahid isə bu ittihamları rədd edərək, Rüstəm Qulubəyovu yalan danışmaqda günahlandırıb: “Məni günahlandırmaq lazım deyil. Artıq mənim də səbrim tükənib. Qalmışam məhkəmələrdə. Sən özün vəziyyəti bilirdin. Bir neçə gün əvvəl Nazilə evdə şam yandırıb, uşağın başına fırlanıb. Guya ruh çıxarırmış. Sən bunları bilirdin. Hətta Fərid öldürülən gün də evdə qazın üstündə yandırılmış şamlar tapılıb”.

Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Nazilə Qulubəyova da buna etiraz etməyib. O, hakimin “səhhətin necədir” sualına əli ilə ürək göstərərk cavab verib.

Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, ilkin məlumat belədir ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda “Üzüm bağı” dini təriqətinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski tutaraq boğub.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir