Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Türkiyədən SƏRT REAKSİYA: “Qarabağa gedən türklər həbs olunmalı və…” – AÇIQLAMA

“Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edən Türkiyə vətəndaşları – HDP-nin İstanbul millət vəkili Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu həbs olunmalı və Azərbaycan məhkəmələrinin qarşısına çıxarılmalıdır”.

Bu barədə Publika.az-a açıqlamasında Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, Qarabağa qanunsuz səfər edən bu şəxslər illərdir Türkiyədə qondarma “erməni soyqırımı”nın tanınması tezisini müdafiə edir, bu mövzuda kitablar, məqalələr yazır.

“Onlar İrəvanda keçirilən erməni diasporunun konfransında da öz millətlərinə qarşı çıxaraq, 1915-ci il hadisələrinin “soyqırımı” olduğu fikrini müdafiə etdikləri üçün dəvət ediliblər və İrəvanda mükafatlandırılıblar. Əslində onların PKK və FETÖ layihəsinə xidmət etdiklərini deyə bilərik. PKK və FETÖ 15 iyul dövlət çevrilişinə cəhd və Şimali İraqda keçirilən qondarma “referendum”dan sonra Türkiyə ilə qonşu ölkələrin arasını pozmağa və gərginlik yaratmağa çalışır. Bu şəxslərin Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin test edildiyi ərəfəsində Azərbaycanın işğal edilmiş torpaqlarına qanunsuz səfər etməsi təsadüfi deyil. Görünür, FETÖ və PKK qardaş Azərbaycanın həssas nöqtəsinə toxunaraq, Türkiyə ilə münasibətlərin pisləşməsinə və Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin sıradan çıxmasına cəhd edir”, – deyə o bildirib.

G.Gülbey Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının həbs edilməsinin və Azərbaycanda məhkəmə qarşısına çıxarılmasının vacib olduğunu vurğulayıb: “İki ölkə arasındakı müqavilələrə əsasən işğal edilmiş Qarabağa qanunsuz səfər edən bu şəxslər Azərbaycana təhvil verilməli və cəzalandırılmalıdırlar”.

Boyukmillet.com

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir