Şənbə , 28 Dekabr 2024
Drone Cameras

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin kollektivinin bir qismi ilə görüşdü

13 noyabr 2017-ci il tarixində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Hərbi And” qəzetinin 15 illiyi münasibəti ilə qəzetin əməkdaşlarının bir qismi ilə Türkiyənin Azərbaycandakı Səfirliyində görüşdü.

Boyukmillet.com -a verilən məlumatda bildirilir ki, görüşdə Türkiyə-Azərbaycan dostluq münasibətlərindən, hər iki xalqın rifahının təmin olunmasından, Türkiyə ilə Azərbaycanın birgə əməkdaşlığından danışıldı.

Erkan Özoral “Hərbi And” qəzetinin təsisçisi və baş redaktoru Emin Həsənlini və kollektivin digər üzvlərini təbrik etdi. Türkiyə ilə Azərbaycanın dostluq münasibətinin hər iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd etdi. Səfir Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını vurğuladı və “Hərbi And” qəzetinin Bakının işğaldan azad olunması ilə bağlı xüsusi buraxılışlar hazırlamasını, tədbirlər keçirməsini, bir sözlə qəzetin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdi.

WhatsApp Image 2017-11-13 at 19.48.32.jpeg (71 KB)

Daha sonra Emin Həsənli çıxış edərək, Türkiyənin Azərbaycandakı səfirinə öz təşəkkürünü bildirdi. Əlavə etdi ki, qəzet yarandığı gündən daima Türkiyə səfirliyi tərəfindən dəstək göstərilib və qəzetə ilk texniki avadanlıq da məhz Türkiyə səfirliyi tərəfindən verilib. E. Həsənli Türkiyə-Azərbaycan dostluğunun köklərinin qədimlərə dayandığını vurğulayaraq, Birinci dünya müharibəsində Nuru paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak silahlılarından xilas etməsindən, Çanaqqala döyüşündə Azərbaycanın Türkiyəyə maddi və hərbi yardımından, hazırda da bu dostluq-qardaşlıq münasibətinin uğurla davam etdiyindən və əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğundan danışdı. E. Həsənli çıxışına davam edərək bildirdi ki, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da dərinləşməsində hər iki ölkənin dövlət və hökumət başçılarının xüsusi rolu və güclü siyasi iradəsi, dövlətlərimizin hər zaman bir-birinə qarşılıqlı dəstək göstərməsinin xüsusi önəmi var. Emin Həsənli həmçinin Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışdı: “Bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti böyük əhəmiyyətə malikdir”. 
Daha sonra səfir dərin tarixi köklərə malik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi və Azərbaycanın hərtərəfli dinamik inkişafını, əldə olunan nailiyyətləri vurğuladı. Görüşdə həmçinin bir çox sahələr üzrə fikir mübadiləsi aparıldı. Sonda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və “Hərbi And” qəzetinin kollektivi xatirə şəkli çəkdirdi. (Yeni Musavat)

Boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir