ATEV-dən İnterpress.az-a verilən məlumata görə Qardaş Türkiyənin dəyərli Millət Vəkilini görməkdən çox məmnun olduğunu deyən Tənzilə Rüstəmxanlı görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığı, əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib: “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur.
Söhbət zamanı Türkiyəli Millət Vəkili Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqlarımızda da keçirəcəyik”, – deyə bildirib.
Millət Vəkili Feyzullah Kıyıklı ATEV ziyarətindən məmnunluğunu bildirib.