Şənbə , 28 Dekabr 2024
Drone Cameras

Türkiyə Qarabağ məsələsini nəzarətə götürür

Ermənilərin qorxulu yuxusu çin çıxır.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Qarabağ məsələsini Rusiya prezidenti Vladimir Putinlə müzakirə edəсək.

Boyukmillet.com-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən dönən zaman Türkiyə mətbuatına bildirib.

Ərdoğan Bakı səfərindən sonra jurnalistlərlə görüşdə

 

Ərdoğan Bakı səfərindən sonra jurnalistlərlə görüşdə

“Türkiyə olarar biz Dağlıq Qarabağ üçün haqlı davada Azərbaycanın uzaq olmağa davam edəcəyik. Gələn həftə və ya sonrakı həftə Putinlə görüşdə bu məsələni birbaşa onunla müzakirə edəcəyəm. Çünki burada Putinin burada mövqeyi çox vacibdir. Əgər Putin  həqiqətən bu işi öhdəsinə götürərsə, nəticə əldə etmək daha asan olacaq”, –deyə Türkiyənin prezidenti vurğulayib.

Ərdoğan və Putin

 

Ərdoğan və Putin

İki ölkə arasında əməkdaşlığın dərinləşməsi nətijə əldə etməyi asanlaşdıra bilər – ABŞ sanksiyalarının sərtləşməsinə rəğmən Türkiyənin Rusiyadan S- 400 raketlərinin almaq niyyəti iki ölkə  münasibətlərin dərinləşməsində xəbər verir. Ümumiyyətlə, Türkiyə Rusiyadan hər il 18 milyard dollarlıq mal alır, S-400 kimi anlaşmalar bu rəqəmi 20 milyard dolların üzərinə çıxara bilər.

Təbii ki, Ankara bunun müqabilində Rusiyadan Qarabağ məsələsində mövqeyini yumşaltmağı tələb edə bilər. İki ölkənin 1021-ci ilin oktyabr ayında bağladığı Qars müqaviləsi bunun örnəyidir. Onda Moskva erməni iddialarını nəzərə almadan Türkiyəyə dəstək vermişdi.

Moskva Azərbaycana qarşı mövqeyini mülayimləşdirərək, məsələn, Madrid prinsipləri çərçivəsində Dağlıq Qarabağ ətrafındakı rayonlardan Ermənistan ordusunun çıxarılmasına razılıq verə bilər. Həmin müddət ərzində aralıq status vermiş Dağlıq Qarabağa qaçqınlar qaytarıla bilər və ən sonda keçmiş muxtar vilayətdə Azərbaycanın tam suverenliyi bərpa oluna bilər.

Ermənistan  rəhbərliyini qorxudan məhz bu variantdır, buna görə də hər cür vəchlə  bu yaxınlaşmanın baş tutmasını istəmirlər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir