Bazar , 22 Dekabr 2024
Drone Cameras

Türkiyə XİN: erməni terrorçu Sasunyanın azadlığa buraxılması terrorla mübarizədə əməkdaşlığın ruhuna ziddir

Türkiyənin Xarici İşlər Nazirliyi 1982-ci il yanvarın 28-də ABŞ-ın Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən ASALA üzvü, erməni terrorçu Hampiq Sasunyanın şərti azadlığa buraxılması barədə qərarı kəskin şəkildə pisləyib.

Nazirliyin bu barədə yaydığı açıqlamada qeyd olunur ki, erməni terrorçu H.Sasunyanın azadlığa buraxılması qanunun aliliyinə və ədalətin qorunmasına zidd olmaqla bərabər, terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın ruhuna mənfi təsir göstərən amildir. Açıqlamada bildirilir ki, terrorçu H.Sasunyan türkiyəli baş konsul Kamal Arıkanı məhz türk olduğu üçün amansızcasına qətlə yetirib. Kamal Arıkanın qətlə yetirilməsi erməni terrorçular tərəfindən bütün türk diplomatlarını hədəfə alan erməni terrorçuluğunun tərkib hissəsi olub. Terrorçu Sasunyanın azadlığa buraxılması türkiyəli şəhid diplomatların ailələri başda olmaqla terrordan zərər çəkən bütün insanların qəlbini yaralayacaq.

 

AZƏRTAC

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir