Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Türkmən lider İsrailin Türkiyə və Yaxın Şərq planını açıqladı – Türkiyəni parçalamaq, Səudiyyədə iğtişaş törətmək, Suriya və İraqda etnik təmizlənmə…

İraq Türkmən Cəbhəsinin lideri və Kərkük millət vəkili Ərşad Saleh  Türkiyənin “Akşam” qəzetinə müsahibə verib. 

Boyukmillet.com xəbər verir ki, İraqın şimalındakı tanınmayan referendumdan danışan Saleh baş verənlərin arxasında İsrailin olduğunu bildirib.

“Hazırda bu bölgədə İsrailin böyük layihəsi var. Xüsusilə Suriyanı parçalamaq, bununla yanaşı Səudiyyə Ərəbistanın Katif bölgəsində yaşayan azsaylı şiələri ayağa qaldırmaq istəyirlər.  Gizli xidmətlər həmin şiələr yaşayan ərazisindən Məkkəyə, Mədinəyə, Səudiyyə Krallığına qarşı  istifadə edə bilərlər.

Yenə eyni ölkə, İsrail  Türkiyəni parçalamaq istəyir. Hər kəs ayıq olmalıdır. Suriyada terror təşkilatı PKK-nın bir qolu YPG üçün bölgə hazırlayan gizli servislər İraqın içində də kürd bölgəsi hazırlayır. 15 il sonra TÜrkiyənin də içində bunu etməyə çalışacaqlar. Biz gözümüzün önündə görürük bunları.

Telebyad Suriyanın türkmənlər yaşayan ərazisidir. Nə olur orada? Ora İŞİD-i gətirirlər, türkmənləri çıxarırlar. Sünni ərəbləri Raqqadan çıxarırlar. Sonra ABŞ oranı bombalayır və PKK/YPG-yə o torpaqları verir. Artıq Telebyad bir PKK bölgəsinə çevrilir. Bunlar  müəyyən bir layihə adı altında baş verir. Eynisi bizim bölgələrimizdə oldu” deyə Ərşad Saleh qeyd edib.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir