Bazar , 24 Noyabr 2024
Drone Cameras

TURAL XALİL: “21 YAŞLI VÜCUDDA, YAŞLI RUH GƏZDİRƏN TURAL” – MÜSAHİBƏ

Boyukmillet.com sosial şəbəkədə paylaşımları ilə geniş izləyici kütləsində maraq doğuran, gənc yazar Tural Xalil ilə müsahibəni təqdim edir.

-Tural bəy, zəhmət olmasa özünüz haqda oxucularımıza qısa məlumat verin.
-21 yaşlı vücudda yaşlı ruh gəzdirən Tural. Dahi şairlərimizdən sonra ümid edirəm, deyə bilərəm şair və yazıçıyam.

-Özünüzü nə üçün yaşlı hesab edirsiniz?
-Düşünürəm, fiziki, cismi yaşıma görə daha çox şeylər yaşamışam.

-Neçə ildir yaradıcıllıqla məşğulsunuz və ən çox nələrdən ilham alırsınız?
-Yaradıcılıqla 2015-ci ildən məşğulam. Artıq altı ilə yaxın bir zamandır. Əsasən, həzin musiqilərdən ilham alıram. Hətta romanı da musiqi dinləyərək yazmışam.

-Hansı bəstəkarları dinləməyi sevirsiniz?
-Əsasən öz bəstəkarlarımızı. Emin Sabitoğlu, Eldar Mansurov və başqalarını.

-Söylədiniz romanı musiqi dinləyərək yazmısınız. Adı nədir və mövzusu nədən ibarətdir?
-Bəli, hətta deyərdim musiqinin böyük köməyi olub bu işdə mənə. Adı “Qar ləkəsi” dir. Mövzu, yeni ailə qurmuş cütlüyün, qar kurortunda yaşadığı macəradan ibarətdir. Janr olaraq isə melodramdır.

-Roman satış üçün artıq hazırdır?
Xeyr. Hələ ki, üz qabığı seçib mətni PDF formasında saxlayıram. Yaxın gələcəkdə çap etdirəcəyəm.

-Romanın korrektəsində kimsə sizə yardımçı olurmu?
-Azərbaycan dilinə olan böyük sevgimə görə və müəyyən qədər bu kimi şeyləri bilirəm deyə, korrektəsini özüm edirəm.

-Roman nəşr olunandan sonra sizə uğur və yaxşı gəlir qazandıracağını düşünürsüz?
-Uğur gətirməyini istəyərəm, lakin gəlir ikinci plan məsələsidir!

-Xalil imzası ilə tanınırsız. İmzanız atanızın adıdır?
-Xeyr atamın adı deyil. Xəlilov soyadımdan, necə deyərlər, mutasiya etdirdiyim Xalil imzası ilə şerlərimi və romanımı yazıram.

-Şeirlərinizdə ən çox nakam sevgidən və bir qadından bəhs edirsiz. Şeirləriniz yalnız bir şəxsə ithaf olunur?
-Xeyr, sırf bir şəxsə ithaf olunmayan şeirlərim də var. Hətta, bir şeirimdə belə bir hissə var ki:
“Yaşadıqlarımı yazmamışdım mən, Hələ yazdığımı yaşayacağammış”.
Yəni ətrafımda görüb, eşitdiklərimi də yazdıqlarım olub.

Ayna Fərhad

Check Also

Deputatlığa namizəd ETİRAZ ETDİ: İcra orqanları camaatı görüşlərə gəlməyə qoymur

Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində …