Cahandar BAYOĞLU : Turan Partiyası demokratiyanın batıdan deyil, gələnəklərimizdən gəldiyinə inanır, onun uğrunda mübarizə aparır!
Azərbaycan siyasətində yeni olmasına baxmayaraq, rəhbərliyində uzun illərin siyasətçiləri olan Turan Partiyasının çalışmaları toplumda yeni siyasi mühitin yaranacağından xəbər verir. Özəlliklə partiya başkanı tanınmış siyasətçi Cahandar Bayoğlunun mətbuat açıqlamaları toplumda maraq doğurmaqdadır. Bütün bunları nəzərə alaraq Turan Partiyası Başkanı Cahandar Bayoğluna aşağıdakı sualları ünvanlayırıq.
– Cahandar bəy, Turan Partiyasının Azərbaycan siyasətində yeri və hədəfləri ilə bağlı fikirlərinizi bilmək istərdik?
– Turan Partiyası dövlət partiyası olmaqla bağımsız Azərbaycanın, Təbriz mərkəzli bütöv Azərbaycanın, Türk dövlətlərinin birliyi uğrunda mübarizə apararaq Turan coğrafiyasının bir siyasi yerləşimdə olmasını hədəfləyir.Dövlət Partiyası olmaqla nə iqtidar, nə də müxalifət Partiyasıdır! İqtidar və müxalifət Partiyaları bağımsız (nə Moskvaçı,nə Tehrançı, nə də Qərbçi )Azərbaycan adına, Türk dövlətləri birliyi adına, Turan adına hansısa addımlar atarlarsa,yanlarında, qarşı addımlar atarlarsa qarşılarında olmaq üçün varıq.Bizə görə Azərbaycan siyasi mühiti bağımsız Azərbaycan uğrunda mübarizənin dışındadır. Uzun illər siyasətdə olan siyasi partiyaların öndə olanları və iqtidarın önəmli funksionerləri 5 kolon rolundadır. Bir qismi Moskva, bir qismi Tehran, bir qismi də Qərb- ABD tərəfdarlarıdır.Siyasi partiyaların bir qismi də yerli mafioz qüvvələrin əlində oyuncaqdır. Bu mafioz qüvvələr isə pul hardadı, onlar ordadır. Ona görə də Azərbaycanda Türk və digər yerli dəyərlər tapdalanır. Tehranbaşlar şiyəcilik, farsçılıq, Moskvabaşlar rusçuluq, Qərb- ABD başlar liberalizm adı altında mənəviyyatsızlıq, FETÖ və SOROS kimi təşkilatların əli ilə pul bosslarına əsgərlik etməkdədirlər. Alver predmeti isə xalqdır və dövlətdir. Toplumda olan millətçi Xüsusi ilə Türkçü hissəsi onun bunun ehtiyatındadır və təşkilatsızdır. Türk olub səmimi Azərbaycanı, Turanı sevənlər, bilmədən sevgilərini qlobalistçiliyə, Tehrançılığa, Moskvaçılığa, mafiozçuluğa qurban verməkdədir. Məhz belə vəziyyətdə siyasətə gələn Turan Partiyası, bütün bu neqativlərə qarşı olub, Türk millətçilərinin güc mərkəzinə çevrilməsinə, tərəfdarlarının sayəsində yönətimdə və siyasi mühitdə bağımsız Azərbaycan deyənləri gücləndirməyə, söz yiyəsi olmalarına çalışacaqdır.Biz üzvlərimizlə və tərəfdarlarımızla güclənərək həm də kadro hərəkatı olacağıq. Azərbaycanda partiya olaraq hakimiyyətdə olmasaq da fikrən hakimiyyətdə olacağıq. Bu düşüncə bütün Türk dövlətləri üçün keçərlidir.Birləşik Azərbaycan, Turan bizlərdən bunu istəyir!
– Cahandar bəy, Azərbaycanda Turan Partiyasına müttəfiq siyasi təşkilat varmı və digər partiyalarla əməkdaşlığa necə baxırsınız?
– Xatırladım ki, üzdə olan partiyaların rəhbər qurumlarında təmsil olanların siyasi davranışları ilə partiyalar ideoloji yollarından cıxmış, bağımsız siyasət aparma imkanlarını əldən verərək asılı vəziyyətə düşüblər. Onlar çalışmalarında millət iradəsinə deyil, qarşıdurmalara, siyasi intriqalara toplumu sürükləyiblər ki, bundan da millətlə yanaşı siravi üyələr əziyyət çəkmişdir. Siravi üyələr bir nəsil olaraq yaşlanmış, potensial imkanlarından nə ailələri, nə də millət yararlana bilmişdir.Onların sayəsində qisasçılıq, milli qarşıdurma toplum halına çatmışdır. Sadaladığım bu neqativlər, əksər müxalifət partiyaların funksionerləri ilə yanaşı, Yap siyasi elitasında, idarəsində az olmayan mafioz qruplaşmaların və dış güclərin dəstəkçilərinin nümayəndərinin sayəsində baş vermişdir. Bunların arasında bağlılığın olması da bir həqiqətdir. Onlar bir birləri ilə həm ikili anlaşma, həm də ağalarının sifarişi ilə qarşıdurmaları yaradaraq toplumu bölmüş, düşmənçiliyi dərinləşdirmiş, qisasçılığı genişləndirmişlər ki, milli güc mərkəzinin yaranmasının qarşısı alınsın, hakimiyyət strukturlarına dırmanan gizli dostlarının mövqeləri güclənsin, dovlət isə zəifləsin. Bizə görə Azərbaycanda məhz 5 kolon deyilən qüvvələr bunlardır. Turan Partiyası bu partiyaların siyasi rəhbərliklərində olanları günahkar, üyələrini aldadılmış zərərçəkmiş sayır. Bu baxımdan Turan Partiyası oz quruculuğunda, 2000- ci ildən bu yana siyasi partiyaların rəhbər orqanlarında çalışanların olmasını qəbul etmir. Siravi üyələrinin haqlarının qorunmasını, toplumda müvqelərinin bərba edilməsini doğru hesab edir. Turan Partiyası quruculuğunda gənclərin, qadınların öndə olmasına üstünlük verir. Turan Partiyası 5 kolonun səhnədən getməsini, Azərbaycanda müasir siyasətin yaranmasına çalışır.Dövlət marağını Partiya marağından üstün tutan Turan Partiyası demokratiyanın qərbdən deyil, gələnəklərimizdən gəldiyinə inanır, onun uğrunda mübarizə aparır. İstər iqtidar, istər müxalifət partiyalarında Azərbaycan mərkəzi siyasəti müdafiə edən, Türkçü, Turançı soydaşlarımız, yurddaşlarımız var ki, onların tam enerjisi millət iradəsinə, dövlət gücünə çevrilə bilməyib. Toplumda fərdi və qrup halında çalışmaları olan aydınlarımız az deyil. Turan Partiyası fikirdaşlığa üstünlük verərək, bütün bu adamları, qrupları birlik olmağa, ikili iş birliynə dəvət edir.