Şənbə , 20 Aprel 2024
Drone Cameras

Turanın yaradılmasına atılan addım

Qırğızıstan Respublikasının Ədliyyə nazirliyində “Dünya azərbaycanlılarının və digər türkdilli xalqların İttifaqı” ictimai birliyi rəsmi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır. Bir neçə türkdilli dövlətlərin nümayəndərənin təsisçiliyi ilə qeydə alınan İctimai Birliyin Prezidenti Nüsrət Məmmədov seçilmişdir. “Dünya azərbaycanlılarının və digər türkdilli xalqların İttifaqı” ictimai birliyinin əsas məqsədi türkdilli xalqların mədəniyyətini, tarixini, ədəbiyyatını təbliğ etməklə, türk dünyasının maraqlarını qorumaq birliyin priotetidir. Qeyd etmək yerinə düşər ki Nüsrət Məmmədov əvvəllər də türk dünyasının mədəniyyətini, tarixini, ədəbiyyatını təbliğ etməklə məşğul olub. Xatırladaq ki Nüsrət Məmmədovun təşəbbüsü və maliyə dəstəyi ilə bu günə kimi 114 kitab müxtəlif dillərə tərcümə edilib, nəşr olunub pulsuz yayılıb və yayılmaqda davam edir. 40 qədər də kitabın tərcüməsi hazırdır. Yaxın zamanlarda kitablar öz oxucularının ixtiyarına verilməsi nəzərdə tutulur. Bundan başqa iki film, – “Xoca” və “Ruhum Qarabağdandır”- tərcümə edilib dublyaj edilmişdir. “İki dahi şəxs…” adlı film çəkilmişdir. Əməkdar jurnalist, professor, Bakı Slavyan universitetinin jurnalistika fakültəsinin kafedra müdiri Şəlalə Həsənovanın müəllifi olduğu, “Ermənilərin Qafqaza köçü xronikası”, “ilk xristian ölkəsinin izi ilə”, “İrsimizə atəş açmayin”, “Yerevanda azərbaycanlıların izi ilə” bu filmləri qırğız dilinə tərcümə edilmişdir, hazırda filmlər Çin dilinə tərcümə olunur. Çin dilinə tərcümə bitəndən sonra dublyaj olunub tamaşaçıların ixtiyarına veriləcəkdir. “Dünya azərbaycanlılarının və digər türkdilli xalqların İttifaqı” ictimai birliyi həmin işləri daha qlobal şəkildə aparacaq. Türk dünyasının problemlərini dünya xalqlarına çatdıracağını qarşısına məqsəd qoyub. Bir növ türk dünyasının lobbiçiliyini edəcək.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …