Türkiyənin və dünyanın ən önəmli qeyri – hökümət təşkilatlarından olan Türk Dünyası Yörük Türkmen Birliyi Azərbaycan Respublikasının Tehran səfirliyinə edilən hücumu pisləyib. _ xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən xəbər verilib.
Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “ Son vaxtlar İranın əsassız bəyanatları, qardaş ölkə Azərbaycana qarşı düşmən mövqedən çıxış etmələri, türk milləti ilə düşmənçilik münasibətləri inkişaf edərkən, Ermənistanla qurulan dostluiq və qardaşlıq əlaqələrin inkişaf etdirilməsi səbrimizi tükəndirən təhdidlərin son nöqtəsi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücum və gələn şəhid xəbərləri hər kəsi çox sarsıtdı və narahat etdi. İranın bu hərəkəti Türk Dünyası və Yörük Türkmən Birliyini həyəcan vəziyyətinə gətirib.
Son yüz il istisna olmaqla, min illər boyuunca türk hakimiyyəti altında olan, coğrafiyası daha çox türk, əhalisi isə türk olan İranın bütün bu faktları görməməzliyə vuraraq, sırf fars irqçiliyinə söykənərək regionda qeyri – insani davranması ağılsızlıqdan başqa bir şey deyil.
Azərbaycan Respublikasının Tehran səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyirik və hadisənin səbəbkarlarının araşdırılmasını, dərhal aşkarlanmasını və cəzalandırılmasını tələb edirik.
Qardaş Azərbaycan dövlətinə və millətimizə, xüsusilə Şəhid Orxan Əsqrovun ailəsinə başsağlığı veririk. Biz İran administrasiyasını rasional, humanist və İslami dəyərlərə uyğun davranmağa dəvət edirik. Bu xəbərdarlıqlara məhəl qoymayan İran yaşayacağı bəlaların səbəbkarı olacaq.
Hörmətlə: Türk Dünyası Yörük Türkmen Birliyi”.