Bazar , 30 Mart 2025
Drone Cameras

Türk gənc erməniləri ŞOKA SALDI: İrəvanın mərkəzində “yerazlara salam” – VİDEO

Türk gəncin Azərbaycanın qədim torpağı İrəvandan çəkmiş daha bir videosu Ermənistanda sürətlə yayılaraq, geniş rezonans doğurub.

Boyukmillet.com musavat.com-a istinadən xəbər verir ki, bundan əvvəl də xəbər verdiyimiz kimi, türkiyəli bir gənc Azərbaycan ləhcəsi ilə İrəvanın mərkəzindən Türk Dünyasına mesaj göndərmişdi.

Türk gənc bu dəfə də şəhərin mərkəzindən canlı yayım açaraq, qeyd edib:“Azərbaycanın qədim torpağı İrəvandan bütün Türk dünyasını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Xüsusilə də ‘yeraz’lara buradan salam deyirəm”.

Daha sonra gənc çıxışını məşhur “Anadır arzulara hər zaman Qarabağ” mahnısını ifa etməklə davam etdirib və əl işarəsi ilə boz qurd simvolunu göstərib.

Bütün bunlar Ermənistanda isterik reaksiyalara səbəb olub, bəzi erməni sosial media istifadəçiləri “İrəvanda necə belə bir şey baş verə bilər?” sualını qaldırıblar.

Sosial mediada yayılan xəbərlərə görə, Ermənistanın hüquq-mühafizə orqanları bu gəncin kimliyini müəyyənləşdirmək üçün hərəkətə keçiblər.

Bu hadisə Ermənistanda ciddi narahatlıq doğurmaqla yanaşı, bir daha İrəvanın tarixi kimliyinin müzakirə olunmasına səbəb olub.

Azərbaycanlılar sosial şəbəkələrdə videonu geniş yayaraq, gəncin cəsarətini alqışlayır, erməni tərəf isə bu hadisəni “təhlükəli tendensiyanın başlanğıcı” kimi qiymətləndirir.

https://t.me/TVmusavat/111523

Check Also

13 yaşlı qızı cinsi istismara məruz qoyan 24 yaşlı kişi necə azadlıqda qala bildi?

Zərərçəkənin anası məhkəmədə bildirib ki, kişinin həbsdə qalmasının qızına müsbət təsiri yoxdur, ona görə də …