Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub

stanbulda Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələrinin daimi Şurasının təsis edilməsi ilə bağlı iclas keçirilib.

Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib.

Qazaxıstan tərəfi isə tədbirə videoformatda qatılıb.

İclasda türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər imzalanıb.

Azərbaycanı tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təmsil edir. O, “Report”un yerli bürosuna açıqlamasında türkdilli dövlətlərin belə bir Şurasının yaradılmasının vacib xarakter daşıdığını bildirib.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …