Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyə Azərbaycan ortaq media platformasının yaradılması Türk dünyasının gələcəyini qarantiya altına alır – Türkiyədə yaşayan azərbaycanlı jurnalist

Bunu Boyukmillet.com- a açıqlamasında a Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, “Gazeteanka” xəbər portalının baş redaktoru Oktay Hacımusalı deyib. Onun sözlərinə görə, son günlərdə Türkiyə ilə Azərbaycan arasında yaradılması müzakirə olunan Media Platforması zamanın tələbindən irəli gəlir. O.Hacımusalı tarixdə hər zaman sevincli və kədərlı günlərində bir – birinin yanılnda olan Türkiyənin və Azərbaycanın media sahəsində ortaq hərəkət etmələrinin, düşmənə vahid media məkanında cavab vermələrinin, mövcud həssas geosiyasi vəziyyətə dair ortaq strateji yol xəritəsinə uyğun taktika müəyyənləşdirmələrinin bu dövrdə artıq olmazsa olmazlardan olduğunu vurğulayıb: “Son dönəmlərdə baş verən Tovuz istiqamətində gedən döyüşlərdə Türkiyənin açıq aşkar Azəebycanın haqlı mövqeyini dəstəkləməsi, Azərbaycan Prezident İlham Əliyevin bu günlərdə Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyəyə dəstək nümayiş etdirməsi, bütün bu faktların hamısı onu göstərir ki, artıq regionda Türkiyə və Azərbaycanln vahid mövqedən çıxış etmə yönündə əməkdaşlıqları intensivləşib. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyəyə səfər etməsi və qardaş ölkənin media strategiyasını müəyyən edən aparıcı şəxslələ və ölkənin əsas media qurumlarının rəhbərləri ilə görüşlər keçiuməsi bu əməli addımın atılmağa başlanmasının əsas göstəricilərindəndir. Görünən odur ki, yaradılacaq ortaq media platformasında media sahəsində ən müxtəlif lahiyələr həyata keçiriləcək.
Həyata keçiriləcək layihələrin şübhəsiz ki, millətimizin, geniş mənada Türk dünyasının gələcəyi baxımından olduqca böyük önəm kəsb edəcəyindən əminəm. Çünki medianın keçdiyimiz iyirmi ildə necə sürətli bir yol qət etdiyinin hər birimiz şahidi olduq. Bu yöndən də dəyərləndiyimiz zaman Türkiyə və Azərbaycanın yaradacağı media platformasının önəmi bir daha diqqəti özünə cəlb edir. Qardaş Türkiyə Cümhuriyyətində yaşayan və fəaliyyət göstərən, Azərbaycan mediasında, xüsusən də beynəlxalq təcrübəyə malik bir jurnalist kimi mən də bu platformanın fəaliyyətində aktiv şəkildə iştirak etməyə hazıram. Çünki fərqindəyəm ki, bu platforma iki qardaş ölkənin, eyni zamanda Türk dünyasının gələcəyinə önəmli qatqılarda bulunacaq. Yaşasın Azərbaycan Türkiyə qardaşlığı, yaşasın Türk dünyası!”

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …