Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Türkiyə DİN başçısı: “ABŞ yönümlü siyasət yürüdənlər vətən xaini hesab olunacaq”

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə ABŞ-ın maraqlarını müdafiə edən siyasət yürüdənlərin hamısını vətən xaini sayılacağını bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “T24” portalı məlumat yayıb.

“Vurğulamaq istəyirəm ki, istər partiyalar olsun, istərsə də ayrı-ayrı şəxslər, bundan sonra kim Amerika yönümlü siyasət yürüdərsə, hamısı bu ölkədə vətən xaini elan olunacaq. Türkiyə elə bir həddə çatıb ki, bu seçkilərdə bütün tərəflər məlumdur. Amerikanın Türkiyədə etmək istədikləri aydındır”, – o deyib.

S.Soylu bundan əvvəl dəfələrlə ABŞ-ı Türkiyədəki seçki prosesinə müdaxilə etməkdə günahlandırıb. Prezident seçkilərinin birinci turu ərəfəsində daxili işlər naziri ABŞ-ın seçkilərə müdaxilə planlarının gücləndiyini bildirib və Vaşinqtonu namizəd Məhərrəm İncənin prezidentlik yarışından kənarlaşmasına səbəb olan uydurma videolar yaymaqda ittiham edib. Soylunun sözlərinə görə, Türkiyəyə qarşı bütün hərəkətlərin arxasında şəxsən ABŞ Prezidenti Cozef Bayden dayanır.

Türkiyənin Yüksək Seçki Komissiyası mayın 19-da ölkədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrini açıqlayıb. Bu məlumatlara görə, səs verənlərin 49,51 faizi hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı, 44,88 faizi isə müxalifət lideri Kemal Kılıçdaroğlunu dəstəkləyib. İkinci turda ən çox səs toplayan namizəd qalib olacaq.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …