Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Türkiyə gəmisi Qara dənizdə yeni qazma işlərinə başladı

Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez, şəxsi tvitter hesabında bildirib.

Məlumata əsasən, gəmi “Sakarya” yatağının “Amasra-1” quyusunda qazma işləri aparacaq.

Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib.

Qeyd edək ki, “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.

Natiq Çıraqzadə

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …