Bazar , 11 Yanvar 2026
Drone Cameras

Türkiyə Mərkəzi Bankı TRY/AZN məzənnəsini müəyyən edəcək

Azərbaycan manatı Türkiyə Mərkəzi Bankının (TCMB) “Alqı-satqı mövzusu olmayan valyutalar” kateqoriyasından çıxarılaraq “Alqı-satqı mövzusu olan valyutalar” kateqoriyasına keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Türkiyənin “Resmi Gazete”də yayımlanıb.

“Resmi Gazete”nin budəfəki sayında dərc olunan Türk valyutasının dəyərinin qorunması ilə bağlı 32 saylı qərara və Xəzinə və Maliyyə Nazirliyinin sirkulyarına əsasən “alqı-satqı mövzusu olan valyutalar” aşağıdakı kimi sıralanıb:

ABŞ dolları, Avstraliya dolları, Azərbaycan manatı, BƏƏ dirhəmi, Bolqarıstan levi, Çin yuanı, Danimarka kronu, avro, Cənubi Koreya vonu, Britaniya funtu, İran rialı, İsveç kronu, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Qətər rialı, Küveyt dinarı, Norveç kronu, Pakistan rupisi, Rumıniya leyi, Rusiya rublu və Səudiyyə Ərəbistanı rialı.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …