Cümə axşamı , 9 May 2024
Drone Cameras

Türkiyə meşələri üçün tək ürək oldu

Türkiyənin bir çox yerində ard-arda meydana gələn meşə yanğınlarından sonra 7-dən 70-ə bütün ölkə bir oldu və yanan meşələrin bərpası və ting ianəsi üçün səfərbərlik başladı.

Ölkənin aparıcı qurumları, qeyri-hökumət təşkilatları, şirkətlər və fərdi iştirakla artan ianə kampaniyaları yanğından zərər çəkmiş meşələrin yenidən ağaclandırılmasına dəstək verməyə davam edir.

Bəs yanmış meşə sahələri necə bərpa olunur?

Türkiyədəki bütün meşə sahələri Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Meşəçilik Baş İdarəsi tərəfindən idarə olunur. Yanmış meşə sahələrinin bərpası da Meşəçilik Baş İdarəsinin səlahiyyətindədir.

Bu torpaqlarda Kənd Təsərrüfatı və Meşə Nazirliyinin icazəsi və nəzarəti olmadan Meşəçilik Baş İdarəsindən başqa heç bir qurum və ya təşkilat ağac əkmək səlahiyyətinə malik deyil.

Bundan əlavə, meşə yanğınlarından sonra yanmış ərazilərin yenidən ağaclandırılması və ya hər hansı bir ictimai ərazinin ağaclandırılması məqsədilə edilən bütün ianələr Meşəçilik Baı İdarəsi tərəfindən bu məqsədlə açılan rəsmi hesablara köçürülür.

Keçmişdən bu günə heç bir başqa qurum, təşkilat, QHT, fond və ya dərnəyin yanan meşə sahələrini öz təşəbbüsü ilə ağaclandırmaq səlahiyyəti yoxdur.

Hər bir meşə yanğınından sonra yanmış sahələr dərhal Meşəçilik Baş İdarəsi tərəfindən təmizlənir, tinglərin əkilməsi üçün uyğun yerlər hazırlanır və payız/yaz aylarında tinglər əkilir. Yanmış ərazilərin ağaclandırılması işləri ən geci 1 il ərzində tamamlanır.

Meşələr “Gələcəyə Nəfəs” ilə yenidən canlanır

İnsanların ən çox maraqlandığı suallardan biri də ting ianəsinin haraya və necə edilməsi ilə bağlıdır.

Yanğından zərər çəkmiş meşə sahələrini yaşıllaşdırmaq üçün “Yaşıl Vətən” şüarı ilə davam etdirilən “Gələcəyə Nəfəs” kampaniyasına Türkiyənin hər yerindən kömək gəlir.

2019 -cu ildə başladılan “Gələcəyə Nəfəs” kampaniyası ilə 7-dən 70-ə hər kəs bütün əyalətləri əhatə edən ağac əkmə xəritəsinin yer aldığı www.gelecegenefes.com saytında pulsuz ağac sahibi ola bilər və ya ianə edə bilər.

Baki-xeber.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …