Şənbə , 27 Aprel 2024
Drone Cameras

Türkiyə MİT-i 8 Iran casusunu yaxaladı – ƏMƏLİYYAT VİDEOSU


Türkiyənin Van vilayətində ikisi İran vətəndaşı olan 8 nəfər casusluqda şübhəli bilinərək yaxalanıb.

Milli İstihbarat Təşkilatı (MİT) və Türkiyənin Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, onlar İrandan olan keçmiş hərbçini qaçaq yolla öz ölkəsinə keçirmək istəyiblər.

MİT İran kəşfiyyatçılarının keçmiş hərbçini qanunsuz yolla ölkələrinə keçirmək üçün Vanda 30 min dollarlıq büdcə ilə şəbəkə yaratmağa cəhd etdiklərini də müəyyənləşdirib. Məlumatda bildirilib ki, Vanda müvəqqəti qeydiyyatda olan keçmiş hərbçinin qaçaq yolla keçirilməsinə dəstək üçün iranlı kəşfiyyatçıların verdiyi təlimat üzrə onun həyat yoldaşına təzyiq də göstərilib. Belə ki, keçmiş hərbçinin həyat yoldaşına İrana keçirilməsinə yardım etməsi üçün 10 min dollar pul təklif edilib, dəstək verməyəcəyi təqdirdə isə İrandakı ailəsinə zərər veriləcəyi bildirilib.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …