Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyə naziri: “Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək” – EKSKLÜZİV

“Qeyd edə bilərəm ki, bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir”.

Bunu “Report”un yerli bürosuna eksklüziv müsahibəsində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsə qəsd edib:

Mehmet Nuri Ersoy

Mehmet Nuri Ersoy

“Bu torpaqlarda infrastruktur və yenidənqurma işləri ilə yanaşı mədəni, tarixi əhəmiyyətə malik abidələrin, arxeoloji yerlərin restavrasiyası da ön plandadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana edəcəyi səfərdən sonra, bizim də Qarabağın yenidənqurulması və restavrasiyası ilə bağlı fəaliyyətimiz intensivləşəcək. Ən qısa müddətdə qeyd etdiyim mədəni, tarixi abidələrin bərpası, qorunması bölgədə turizmin inkişafına da təkan verəcək”.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …