Bazar , 11 May 2025
Drone Cameras

Türkiyə ordusu PKK-nın daha 10 terrorçusunu zərərsizləşdirib

İraqın şimalındakı Metina və Kara bölgələrində həyata keçirilən qəfil hava əməliyyatları ilə PKK-nın daha 10 terrorçusu zərərsizləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Daha əvvəl bildirilib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 25 hədəfi məhv edib. Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi mağaralar, sığınacaqlar və anbarlar məhv edilib. Obyektlərdə terrorçuların olduğu güman edilir.

Check Also

İran Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək

İran yaxın zamanda Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı İran …