Çərşənbə , 8 May 2024
Drone Cameras

Dağıstanda baş verən zəlzələdən sonra Bakı-Qroznı neft kəməri yoxlanılıb

Bakı-Qroznı neft kəməri yanvarın 12-də Dağıstanın Xasavyurt şəhərinin qərbində baş vermiş zəlzələdən sonra normal işləyir.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə TASS-a “Transneft”in rəsmi nümayəndəsi İqor Demin məlumat verib.

O, qeyd edib ki, 2024-cü il yanvarın 12-də Moskva vaxtı ilə saat 20:02-də (Bakı vaxtı ilə saat 21:02) episentri Xasavyurt şəhərindən 13 km şimal-qərbdə, ocağı 5 km dərinlikdə, maqnitudası 4,1 olan zəlzələ baş verib. Episentrdən 225 km radiusda yerləşən “Çernomortransneft” ASC-nin obyektləri, Qroznı-Bakı və “Mahaçqala” – 201 km magistral neft boru kəmərlərinin xətti hissəsində, eləcə də “Samur”, “Mahaçqala” və “Sulak” neft nasos stansiyalarının xətti hissəsində avadanlıqlar araşdırılıb. Zəlzələnin fəsadları yoxdur.

Qeyd edək ki, zəlzələ Dağıstanın Novolakski rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Xasavyurt şəhəri və Xasavyurt rayonu sakinləri tərəfindən hiss olunub. Yanvarın 12-də Dağıstanın Xasavyurt rayonunda 4,4 maqnitudada daha bir zəlzələ qeydə alınıb.

Check Also

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da …