Bazar , 23 Fevral 2025
Drone Cameras

Türkiyə Prezidenti: “Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq”

“Qardaşım İlham Əliyevin liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən ayağa qaldıracaq işləri yaxından izləyirik. Şuşaya gələn zaman işlərin aparıldığını gördük, gördünüz”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

“Bir tərəfdən yollar çəkilir, elektrik stansiyaları inşa edilir. Bütün bunlarla bərabər isə susuz olan bu bölgə suya qovuşur. Bütün bu işlər sürətli şəkildə həyata keçirilir. Çox qısa zamanlarda bölgədə hava limanlarının da inşası başa çatacaq. Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq. Qarabağ öz kimliyinə qovuşacaq. Buna heç bir şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış yerlərinin təkrar inkişaf etdiyini yaxın vaxtlarda görəcəyik. Türkiyə olaraq inşa fəaliyyətlərində də qardaşlarımıza hər cür dəstəyi veririk və verməyə də davam edəcəyik”, – Türkiyə Prezidenti vurğulayıb.

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …