Bazar , 22 Noyabr 2026
Drone Cameras

Türkiyə rəsmən elan etdi: Ordu hücuma keçir

Hazırlıqlarımız tamalanıb. Vaxt bitən kimi Türkiyə Silahlı Qüvvələri hərəkətə keçəcək.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Türkiyənin bu məsələdə qətiyyətini heç kim sorğu-sual eləyə bilməz. Rejimin bölgədən geri çəkilməməsi Türkiyə tərəfindən qəbuledilməzdir. Bu vəziyyəti Rusiya da qəbul etməməlidir. Çünki vəziyyətin belə olması Soçi razılaşmasına ziddir”, – Ö.Çelik deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminə İdlibdən geri çəkilməsi üçün ayın sonuna kimi var verib.  /Axar.az/

Check Also

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək “Vidal” aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz …