Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyə səfiri: “Fransa erməni radikalların sülh prosesinə mane olmasının qarşısını almalıdır”

“Fransa hökuməti sülh prosesində iştirak etməklə yanaşı, radikal ermənilərin sülh prosesinə mane olmasının qarşısını almalıdır””.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna Türkiyənin Fransadakı səfiri Ali Onaner bildirib.

Səfir Fransada fəaliyyət göstərən radikal ermənilərin fəaliyyətini pisləyib:

“Sülhə mane olmağa çalışan radikallar təxribatlar törətməkdən çəkinmirlər. Bu radikal qrupun Fransada fəaliyyəti çox güclüdür”.

A.Onaner qeyd edib ki, Fransa hökumətinin Azərbaycan və Ermənistan arasında sülhün bərpası üçün danışıqlarda iştirak etməsi çox müsbət haldır:

“Fransa hökumətinin əsas məsuliyyəti ölkəsindəki ermənipərəst radikal qrupun apardığı təxribatlara son qoymaqdır. Fransa hökuməti erməni radikal qrupunun sülh prosesinə əngəl vurmasının qarşısını almaq məsuliyyəti daşıyır”.

Qeyd edək ki, oktyabrın 1-də gecə saatlarında bir qrup radikal erməni Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına qırmızı rəngli boya atılıb və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazılıb. Azərbaycan məsələ ilə bağlı Fransaya etiraz notası verib, təzminat və günahkarların cəzalandırılmasını tələb edir.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …