Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyə səfiri: Parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir

Azərbaycanın bütün ərazisində keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sosial şəbəkədə yazıb.

“Müstəqilliyinin bərpasının 33-cü ildönümündə qardaş Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.

Ümid edirik ki, seçkilərin nəticələri və Milli Məclisin yeni tərkibi qardaş Azərbaycan xalqına və dövlətinə xeyirli olacaq”, – o qeyd edib.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …