Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Türkiyə səfiri Polad Həşimovun evinə gedib, anasının əlindən öpüb

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında paylaşım edib.

“Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırmağımı xahiş etdi. Baş üstə cavabını verdim”, – diplomat bildirib.

Check Also

NATO Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurub

İran tərəfindən atılan raketin parçaları Türkiyənin Qaziantep bölgəsinə düşüb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir …