Cümə , 13 Mart 2026
Drone Cameras

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.

“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.

Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, – başsağlığı mətnində qeyd olunub.

Xatırladaq ki, qar uçqununa düşmüş hərbçilərin nəşi tapılıb.

Check Also

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi – Paşinyan işdən çıxardı

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad …