Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Türkiyə səfirliyində Bakının işğaldan azad olunmasına həsr olunmuş sərgi keçirilib

Türkiyənin Azərbaycandakı səfirliyində Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümünə həsr olunmuş sərgi keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə səfir Cahit Bağcı və diplomatik missiyanın nümayəndələri ilə yanaşı, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Tevfik Ulual, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Ramil Həsənov, Anar İsgəndərov, Aydın Mirzəzadə və digər qonaqlar iştirak edirlər.

Sərgidə Osmanlı İmperiyasının hərb naziri, baş komandanı Ənvər Paşa və qardaşı – Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın portretləri nümayiş etdirilib.

Check Also

ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi və Qərbi Asiya ölkələrində inklüziv və dayanıqlı artımın təmin edilməsinə …