Mövlud Çavuşoğlu: “Türkiyə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkədir, bu ölkədə ilk səfirliyi də biz açdıq“
Bazar günü Türkiyə Özbəkistanın qədim Səmərqənd şəhərində baş konsulluğunu açıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səmərqənddəki Türkiyənin Baş Konsulluğunun açılışı mərasimində şəxsən iştirak edib. Mərasimində çıxış edən Çavuşoğlu konsulluğun türklərin vətəni olan Özbəkistanla daimi qardaşlığın yeni simvolu olacağını bildirib. Baş konsulluğun açılışının ilk müjdəsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şavkat Mirziyayev keçən il birlikdə bəyan etmişdi. Türkiyənin xarici işlər naziri xatırladıb ki, Türkiyə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkədir, eyni zamanda Özbəkistanda ilk səfirlik açan ilk ölkə də Türkiyə olub. “Anadolu Agentliyi“nin xəbərində belə deyilir.
Cənab Çavuşoğlu bildirib ki, Türkiyə Səmərqənddə konsulluq açma qərarını ilk elan etsə də Qazaxıstan rəsmi Ankaranı bir qədər qabaqlayıb və Səmərqəndə ilk konsulluğu açıb: “Əlbəttə, Özbəkistanda hər bir missiya vacibdir, lakin bu missiyanın türk sivilizasiyasının qədim şəhəri Səmərqənddə açılması böyük əhəmiyyətə malikdir”. Səmərqəndin tarixi İpək Yolunun mərkəzi olduğunu qeyd edən Çavuşoğlu şəhərin Özbəkistan prezidenti Şavkat Mirziyayevin rəhbərliyi altında cazibə mərkəzinə çevrilməyə başladığını vurğulayıb. Türkiyəli nazir Özbəkistanın çoxsaylı islam alimlərinin vətəni olduğunu söyləyib.
Daha öncə Buxara şəhərini ziyarət edən xarici işlər naziri Özbəkistanın ilk prezidenti İslam Kərimovun mavzoleyini ziyarət edib. Teymurilər imperiyasının əsasını qoyan Əmir Teymurun da mavzoleyində olub.
Səmərqənddə konsulluğun açılışında Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamalov və digər rəsmi şəxslər iştirak edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Özbəkistan prezidenti tərəfindən qəbul olunacağı gözlənilir.