Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Türkiyə və Gürcüstan sərhədçiləri birgə təlim keçirib

Gürcüstan və Türkiyənin sərhəd bölmələrinin iştirakı ilə birgə təlim keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat yayıb.

“Vale” sərhəd məntəqəsi ərazisində baş tutan təlimin məqsədi iki ölkənin sərhəd bölmələri arasında quru sərhədinin mühafizəsi sahəsində təcrübə mübadiləsi və sərhədlərin təhlükəsizliyi məsələləri üzrə əlaqələndirilmiş fəaliyyətin təkmilləşdirilməsi olub. Təlim çərçivəsində sərhədçilər sərhəddə baş verən insidentlərə reaksiya və qabaqlayıcı əməliyyatların aparılması bacarıqlarını artırıblar.

Təlimin ssenarisi iki əsas hissədən – qeyri-qanuni miqrantların saxlanılması və dövlət sərhədi vasitəsilə mal-qara qaçaqmalçılığının qarşısını almaqdan ibarət olub.

Birgə təlim Türkiyə və Gürcüstan arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı çərçivəsində təşkil olunub. Bu cür təlimlər iki ölkə arasında 2 ildən bir keçirilir.

Check Also

İranlı nazir müavini: Təhsil sistemində 120 tədris problemi aşkarlanıb

Təhsil sistemində 120 tədris problemi aşkarlanıb. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın …