Cümə , 13 Mart 2026
Drone Cameras

Türkiyə XİN başçısı: “Türkün yolu Orta dəhlizdən, Qarabağdan, Zəngəzurdan keçər”

“Türkün yolu Orta dəhlizdən, Qarabağdan, Zəngəzurdan keçər”.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağın azadlığı Türk dünyası üçün strateji addım oldu: “Qarabağdakı qələbə nəticəsində türk dövlətlərinin özünəinamı bərpa olundu. Azərbaycanla imzaladığımız “Şuşa Bəyannaməsi” ilə əlaqələrimiz daha da möhkəmləndi”.

M.Çavuşoğlu bildirib ki, türk dövlətləri arasında əlaqə bundan sonra da inkişaf edəcək: “Artıq Şimali Kipr də bizə qoşulub”.

Nazir Türkiyənin Azərbaycanın yanında olmasından narahatlıq keçirənləri də tənqid edib: “Onlar bu yolla Ermənistanı, Qərbi sevindirməkmi istəyirlər?!”

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …