Bazar , 19 May 2024
Drone Cameras

Türkiyə XİN-dən XƏBƏRDARLIQ: “Bu addımlar Şərqi Aralıq dənizində gərginliyi artıracaq”

Heç bir ölkə, şirkət və ya gəmi Ankaranın icazəsi olmadan Şərqi Aralıq dənizində Türkiyə şelfində enerji ehtiyatlarının kəşfiyyatı və hasilatı ilə məşğul olmaq hüququna malik deyil. 

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç Kipr Rum administrasiyasının Şərqi Aralıq dənizində birtərəfli hərəkətlərini şərh edərkən deyib. 

O vurğulayıb ki, Ankara Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı ötən gün səsləndirdiyi bəyanatı tam dəstəkləyir. 

Bilgiçin sözlərinə görə, Rum administrasiyası adanın təbii sərvətləri üzərində eyni hüquqlara malik olan Kıbrıs türklərinin hüquqlarını görməzlikdən gəlir. 

Diplomat xəbərdarlıq edib ki, qeyri-bərabər addımlar Şərqi Aralıq dənizində gərginliyi artıracaq:

“Bütün bunlar sülh və sabitliyi təhdid edir. Türkiyə prezidentinin Şərqi Aralıq dənizi üzrə beynəlxalq konfransın keçirilməsi təklifi və KKTC-nin karbohidrogen ehtiyatları sahəsində əməkdaşlıqla bağlı dörd təşəbbüsü hələ də qüvvədədir. Türkiyə tərəfinin konstruktiv mövqeyinə baxmayaraq, Şərqi Aralıq dənizində gərginlik davam edir”. 

Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi vəziyyətin gərginləşməsinin heç bir tərəfin maraqlarına uyğun olmadığını vurğulayıb. 

Bilgiç əlavə edib ki, bu, təkcə region ölkələrinə deyil, Kipr Rum icmasının “dəstəklərinə arxalanmağa çalışdığı üçüncü tərəflərə” aydınlaşdırılmalıdır. 

“Türkiyə Şərqi Aralıq dənizində həm öz hüquqlarını, həm də Kıprıs Türklərinin hüquqlarını müdafiə etməyə bütün qətiyyətlə davam edəcək və KKTC-nin qarşıdakı dövrdə həyata keçirəcəyi karbohidrogen kəşfiyyatı səylərini dəstəkləyəcək”, – deyə o bildirib.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …