Cümə axşamı , 15 May 2025
Drone Cameras

Türkiyə XİN rəhbəri Rusiya və Ukraynaya sülhlə bağlı çağırış edib

Rusiya və Ukrayna qarşıdurmada hərbi imkanların həddinə çatıb, ona görə də sülhlə bağlı dialoqa başlamaq lazımdır.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddinə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtı çatıb”, – o deyib.

Fidan əlavə edib ki, Türkiyə işğal olunmuş ərazilərin tanınmasından danışmır, lakin indiki mərhələdə Türkiyə əmindir ki, bu məsələni və suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb.

Check Also

NATO Ukrayna və Rusiya arasında İstanbul danışıqlarında irəliləyişə ümid edir

NATO ölkələri ABŞ-nin Ukrayna münaqişəsinin həlli üçün göstərdiyi səylərə dəstəyini ifadə edir. Boyukmillet.com xəbər verir ki, …