Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyə XİN rəhbəri Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında danışıb.

Türkiyə XİN başçısı vurğulayıb ki, Suriyada xalqın təhlükəsizliyi və azadlığı əsas prioritetdir:

“Suriyadakı qardaşlarımızın məhz buna ehtiyacı var və əməkdaşlıq içində olduğumuz ölkələrlə birlikdə buna nail olmalıyıq. Lakin, şübhəsiz ki, bölgədəki bütün ölkələr bunu istəmir. Suriyanın yenidən ayağa qalxması üçün aramızdakı əməkdaşlığı davam etdirməliyik”.

Əsəd Həsən Şeybani isə öz növbəsində vurğulayıb Suriyanın ərazi bütövlüyü və sabitliyi, eyni zamanda bölgənin sabitliyi deməkdir.

Nazir ölkəsinə verilən dəstəkdən məmnunluğunu ifadə edib:

“Bu xüsusda Türkiyə hökuməti və xalqı başda olmaqla Suriyanın yanında olan ölkələrə təşəkkür edirik”.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …