Drone Cameras

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb

Türkiyə Yunanıstanı beynəlxalq sularda öhdəliyini yerinə yetirməməkdə günahlandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” Türkiyənin Milli Müdafiə Nazirliyindən olan mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Yunanıstanın axtarış və xilasetmə işlərini həyata keçirməli olduğu beynəlxalq sularda – Krit adasının 80 dəniz mili qərbdə (Eksklüziv İqtisadi Zona – red.) İsrailin “Qlobal Sumud Donanması”na müdaxilə etməsi Afinanın öhdəliyini yerinə yetirmədiyinin göstəricisidir.

“Sözügedən müdaxilədən sonra İsrail qüvvələrinin saxladığı heyəti daşıyan gəminin Yunanıstan limanlarından birinə yönləndirilməsi və bu prosesin Yunanıstan rəsmiləri tərəfindən əngəllənməməsi Afina rəhbərliyinin mövqeyinə qarşı tənqidləri artırıb. Bu qərarın Yunanıstanın dəniz səlahiyyət zonaları və suverenlik hüquqları baxımından mübahisələr yaratdığı bildirilir. Yunanıstanın öz axtarış-xilasetmə məsuliyyət zonasında baş verən hadisəyə qarşı passiv mövqe nümayiş etdirməsi onun beynəlxalq öhdəliklərini gözardı etdiyini göstərir”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələrinin aprelin 30-na keçən gecə Krit adası yaxınlığında “Qlobal Sumud Donanması”nın 58 gəmisindən 15-ni ələ keçirdiyi bildirilmişdi.

Check Also

Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp İranın raket silahları sahəsində qorunub saxlanılan potensialını ləğv etmək niyyətini açıqlayıb. …