Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Türkiyədə hotelin damı uçub, 10 nəfər yaralanıb

Türkiyənin şimalındakı Sarıkamış şəhərində hotelin damının uçması nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN Türk” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Sarıkamışın yerləşdiyi Qars vilayətinin qubernatoru Türker Oksyüz deyib ki, yaralananların həyatı üçün təhlükə yoxdur.

Hadisə yerində xilasedicilər işləyir.

Qeyd edək ki, hadisə Birinci Dünya Müharibəsi zamanı Sarıkamış döyüşünün 108-ci ildönümünə həsr olunmuş kütləvi tədbir zamanı baş verib.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …