Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb

Türkiyədə güc strukturlarının keçirdikləri əməliyyatlar nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” hesabında bildirib.

Nazirin açıqlamasına əsasən, İŞİD terror qruplaşmasının üzvü olan, təşkilatla əlaqəli saxta yardım qurumlarını maliyyə vəsaiti ilə təmin edən və sosial media hesabları üzərindən onun təbliğatını aparan 51 şübhəli jandarma tərəfindən saxlanılıb.

Əli Yerlikaya qeyd edib ki, əməliyyat son iki həftədə Türkiyənin Adana, Adıyaman, Amasya, Ankara, Antalya, Balıkesir, Çanakkale, Çankırı, Çorum, Diyarbakır, Ərzurum, Qaziantep, Hakkari, Hatay, İğdır, İsparta, İstanbul, İzmir, Kırıkkale, Kırşehir, Kilis, Kocaeli, Konya, Mersin, Muğla, Nevşehir, Niğde, Osmaniye, Şanlıurfa, Tekirdağ, Tokat və Zonquldakda həyata keçirilib. Şübhəlilərdən təşkilata dair çox sayda sənəd və rəqəmsal materiallar müsadirə olunub.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …