Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyədə mühüm görüş: Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin müavinini qəbul etdi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə nazirinin müavini Ramiz Tahirovla görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüşdə Ermənistanın Azərbaycan sərhədində törətdiyi hərbi təxribatlar müzakirə olunub.

Ermənistanın son hücumlarından danışan Hulusi Akar deyib ki, ermənilər etdiklərinin hesabını mütləq verəcək.

Görüşdə Türkiyə Silahlı Qüvvələri Baş qərargahının rəisi Yaşar Güler, Quru qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Donanmasının komandanı Adnan Özbal da iştirak ediblər. 

Hulusi Akar baş verən erməni təxribatından dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə, özünün isə Azərbaycan Müdafiə naziri Zakir Həsənovla danışdığını, hadisələrin yaxından izlədiklərini deyib.

Baş verənlərlə əlaqədar lazım olan hər şeyin ediləcəyini dilə gətirən Akar deyib ki, Türkiyə Azərbaycanın Tovuz bölgəsində baş verən erməni hücumunu qəti şəkildə pisləyir: “Azərbaycan türkünün ağrısı bizim ağrımızdır. Hamınızın bilməyinizi istərdim ki, yaşadığınız sıxıntı burada çox dərindən hiss olunur”.

Sərhədlərinin və xalqının təhlükəsizliyi uğrunda mübarizə apararkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman hərbçilərinə Allahdan rəhmət diləyən və yaralılara şəfa diləyən Akar bunları deyib:

“Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Tovuza edilən hücumlarla bağlı hansı addımın atılması lazımdırsa, onu edəcəyik. Azərbaycanın ağrıları, bizim ağrılarımızdır. Orada yaşanan hər bir sıxıntı bura da öz təsirini göstərir. Bunu hamınızın bilməsini istərdim. Dağlıq Qarabağın işğalını, bu qanunsuzluğu qəbul etməyimizin mümkün olmadığını bildirmişik. Bir millət, iki dövlətik, dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir. Biz Türkiyə dövləti və Türkiyə Silahlı Qüvvələri olaraq nə etməyimiz lazımdırsa, bu günə qədər necə dəstək vermişiksə, yenə də buna davam edəcəyik

Ermənistan qurduğu tələyə özü düşəcək, bu tələnin altında qalacaq və etdiyi işin hesabını mütləq ödəyəcək”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …