Cümə , 13 Mart 2026
Drone Cameras

Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Türkiyədən gətirilmiş 20,4 ton pomidoru ölkəyə buraxmayıb.

Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, iyunun 4-də “Rosselxoznadzor”un Cənub Vilayətlərarası İdarəsinin mütəxəssisləri “Tuapse” dəniz limanında fitosanitar karantin nəzarəti həyata keçirib. Məhsullar ixracatçı ölkənin bitki karantini və mühafizəsi üzrə milli təşkilatının verdiyi fitosanitar sertifikatlarla müşayiət olunub.

Yoxlama zamanı pomidor partiyalarında tərəvəz bitkiləri üçün karantin əhəmiyyətli zərərverici olan Cənubi Amerika güvəsi (Tuta absoluta) aşkar edilib. Zərərvericinin canlı vəziyyətdə olması “VNIİKR” Federal Dövlət Büdcəli Elmi Müəssisəsinin “Novorossiysk” filialının verdiyi karantin fitosanitar vəziyyətlə bağlı rəylə təsdiqlənib.

Zərərvericinin Rusiya ərazisində yayılmasının qarşısını almaq məqsədilə pomidor partiyasının ölkəyə buraxılmasına icazə verilməyib, zərərsizləşdirilməsinə qərar verilib.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …