Cümə , 29 Mart 2024
Drone Cameras

Türkiyəli araşdırmaçı yazar Şuşa ilə bağlı kitab yazacaq

Bu sözləri Boyukmillet.com-a verdiyi açıqlamada Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr.Derya Akdemir deyib.

Dr. Akdemir bildirib ki, bütün Türk dünyası üçün müqəddəs bayram olan Novruz Bayramı ərəfəsində Azərbaycanda fəaliyyət göstərən media işçilərinin, QHT nümayəndələrinin, ictimai və siyasi xadimlərin Qarabağa səfərlərinin Azərbaycan Prezidentinin göstərişi ilə baş tutması olduqca gözəl bir addımdır. Araşdırmaçı yazarın sözlərinə görə bu cür səfərlərin intensiv şəkildə baş tutması şübhəsiz ki, ölkənin ictimai siyasi sferasındakı fəalların erməni vandallarının Qarabağda törətdikləri vəhşilikləri öz gözləri ilə görüb bu barədə yazılar yazmağına və bu yazılar vasitəsi ilə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səbəb olacaq: “Bilirik ki, qardaş ölkə Azərbayanın kimsənin torpağında gözü yoxdur. Qardaş ölkə bütün dünyadan otuz il boyunca ədalət gözlədi və ən sonunda bu ədaləti öz şanlı ordusunun, qəhrəman əsgərlərinin, ən əsası isə cənab Ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşərək özü təmin etdi.
İndi isə Azərbaycanda Qarabağa qayıdış mərhələsi başlayır və bu mərhələdə dövlət ən azından otuz il boyunca ermənilərin işğal etdiyi ərazilərdəki yaraları sağaltmaqla, həm də bu yaraları bütün dünya ictimaiyyətinə çatdırmaqla məşğuldur. Artıq mediadan izlədiyimiz qədəri ilə bu istiqamətdə fəaliyyət başlayıb və edilən səfərlər onu göstərir ki, bu yöndə davamlı olaraq işlər aparılacaq, səfərlər həyata keçiriləcək. Azərbaycanı sevən, ona dəyər verən bir qələm adamı, bir araşdırmaçı yazar kimi şübhəsiz mən də bu bölgələrə səfər etməyi çox istərdim və istərdim ki, oraları, ermənilərin orda törətdikləri vəhşilikləri öz gözlərimə görüm və qələmə alım. Hər zaman Azərbaycanın yanında olan Türkiyədə və eyni zamanda dünya ictimaiyyətində bu vəhşiliklərin bilinməsi olduqca vacibdir. Əminəm ki, işğaldan xilas olunan Qarabağ torpaqlarından aldığım təəssürat məni yeni yeni əsərlər yazmağa sövq edəcək”.

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …