Bazar , 23 Fevral 2025
Drone Cameras

Türkiyəli deputat: “Aykut Ərdoğdunun əsassız iddiaları CHP düşüncəsinin məhsuludur”

“Türkiyə və qardaş Azərbaycana qarşı irəli sürülən ittihamlar, sübuta yetirilməyən, reallıqla əlaqəsi olmayan böhtan xarakteri daşıyır”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən deputat, qanunverici orqanın ən gənc üzvü Rümeysa Kadak deyib.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Aykut Ərdoğdunun iki ölkə arasında enerji sahəsində əlaqələr, eləcə də dövlət başçıları barədə əsassız iddialarına münasibət bildirən R.Kadak hesab edir ki, bu ittihamlar CHP-nin daxilində ciddi problemlər olduğunu göstərir.

“Bu ittihamlar CHP-ın daxilində mövcud olan düşüncənin məhsuludur. Qətiyyən Türkiyə ictimaiyyətinin fikir və mövqeyini əks etdirmir”, – o vurğulayıb.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …