Bazar , 16 İyun 2024
Drone Cameras

Türkiyəli ekspert: “Azərbaycanda sığorta sektoru sürətlə inkişaf edir”

Azərbaycanda sığorta sektoru sürətlə inkişaf edir.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “T Rup Texnoloji A.Ş” şirkətinin direktoru Erdem Karabostan Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

“Tənzimləyici qurumun çox dəqiq “yol xəritəsi” var. Bu “yol xəritəsi” çərçivəsində də müəyyən siyasət həyata keçirilir. Bu siyasətlin tərkib hissələrindən biri sektoru katastrofik risklərə qarşı dayanıqlı vəziyyətə gətirməkdir. Bu da modellərlə mümkündür”, – deyə o qeyd edib.

“Türkiyənin zəlzələ ilə bağlı çox acı təcrübələri var. Ortaq paylaşdığımız coğrafiya təəssüf ki, bu baxımdan şanslı deyil. Biz bu sahədə inkişaf etdirdiyimiz yenilikləri Azərbaycanla paylaşmaq, iki ölkə arasında bütün sahələrdə olan əməkdaşlığa birini də əlavə edərək katastrofik fəlakət modelləri sahəsində məlumatları paylaşmaq və dəyər yaratmaq istəyirik”, – deyə ekspert əlavə edib.

Check Also

Azərbaycanda ƏDV-dən azad olunmuş publik hüquqi şəxslərin siyahısı genişləndirilib

Prezident İlham Əliyev 30 iyul 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış …