Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyəli nazir Şuşaya səfər edəcək

“Türkiyə və Azərbaycan münasibətlərinin tərifə ehtiyacı yoxdur. Biz “Bir millət – iki dövlət” şüarı ilə hərəkət edən iki ayrı toplumuq. Beləliklə, münasibətlərimizin səmimiyyəti və gücü məsələsində açıqlama verməyə gərək yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık bildirib.

“Azərbaycan və Türkiyə bölgədəki əməkdaşlığı ilə həm dünyada, həm də türk dünyasında təhlükəsizlik adası yaradan, dostlarına güvən, düşmənlərinə narahatlıq verən iki ölkə. Biz bundan öncə olduğu kimi, bundan sonra da Azərbaycanla münasibətlərimizi hər sahədə inkişaf etdirib artıracağıq”.

Türkiyə rəsmisi Şuşanı ziyarət edəcəyini də bildirib:

“Şuşa zəfəri Azərbaycanda necə sevinclə qarşılandısa, Türkiyədə də o cür qarşılanıb. Azərbaycan və türk dünyasının mədəniyyət mərkəzi olan Şuşanı ziyarət edərək həm şəhidlərin əziz xatirəsini anmaq və millətimizlə görüşmək niyyətindəyik”.

Qeyd edək ki, D.Yanık Ailə, Qadın və Uşaq Probleblemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıya gəlib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …