Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyəli nazir: Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var

Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Hürriyet”ə müsahibəsində bildirib.

“Ermənistandan keçən bu marşrutun işindən xəbərdarsınız. Bu, 43 kilometrlik bir marşrutdur. Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər. Rəsmi Bakının bununla bağlı Tehranla təmasları var. İki alternativ var və bunların hər ikisi hazırda masadadır”, – deyə nazir vurğulayıb.

O bildirib ki, Azərbaycan tikinti işlərini davam etdirir: “Naxçıvan və bizim tərəf üçün tender keçirilib. 106 kilometrlik yolun bərpası, yaxud yenidən qurulması danışıqlar mövzusudur”.

Qeyd edək ki, nazir bir qədər əvvəl verdiyi müsahibəsində ölkəsinin Zəngəzur dəhlizi layihəsinin 5 il ərzində həyata keçiriləcəyinə ümid etdiyini bildirib. “Zəngəzur dəhlizinin Bakıdan Horadizə qədər olan Azərbaycan hissəsi başa çatmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Ümumilikdə, bu dəhlizin yaradılma prosesi 5 il tələb edəcək. Düşünürəm ki, 2028-ci ildə bütün işləri başa çatdıracağıq”, – deyə türkiyəli nazir qeyd edib.

Onun sözlərinə görə, dəhlizin Ermənistan hissəsi 43 kilometr təşkil edir. Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar verib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …