Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyənin Baş prokuroru azərbaycanlı həmkarına zəng edib

İyulun 20-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Boyukmillet.com xəbər verir ki, Baş prokuror Kamran Əliyev təşəkkürünü bildirməklə həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Türkiyəli həmkarını və prokurorluğun kollektivini təbrik edib.

Telefon danışığı zamanı hər iki Dövlət başçılarının rəhbərliyi altında Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdiriləcəyinə əminlik ifadə olunmaqla, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …