Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyənin DİN rəhbərinin əmisi oğlu qətlə yetirilib

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez Trabzonda silahlı hücum zamanı qətlə yetirilib.

Boyukmillet.com xəbər verir ki, hadisə dünən axşam saatlarında Of rayonunun Atatürk Bulvarında baş verib.

Fatih U. ilə Sefa Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddət sonra davaya çevrilən hadisə zamanı Fatih U. üstündəki tapança ilə Dönmezə 5 dəfə atəş açıb.

Yaralı Of Dövlət Xəstəxanasına aparılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs polisə təslim olub. Faktla bağlı araşdırmalara başlayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …