“ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyətsizliyi erməniləri daha da təhrik edib”
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar erməni hadisələri ilə bağlı seminardakı çıxışında deyib.
Onun sözlərinə görə, Türkiyənin Ermənistanla əlaqələrinin bir hissəsi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır: “Ermənistan 30 il əvvəl Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Nəticədə bir milyona yaxın insan qaçqın düşüb. Həmçinin Xocalı faciəsini də hələ unutmamışıq. Beynəlxalq ictimaiyyət bu illər ərzində Azərbaycanın səsini eşitməyib, Minsk Qrupunun fəaliyyətsizliyi isə erməniləri daha da təhrik edib. Azərbaycan da sonda Vətən müharibəsinə başlamağa məcbur oldu”.
H.Akar Türkiyənin bundan sonra da həmişə Azərbaycanın yanında olacağını vurğulayıb.