Cümə , 13 Mart 2026
Drone Cameras

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı Azərbaycanı təbrik edir.

Boyukmillet.com xəbər verir ki, nazirlik bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“33 il əvvəl milli dirçəliş üçün mübarizə aparan və bu gün də o inancla işğal edilmiş torpaqlarını azad edən Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun. Türkiyə və Azərbaycan bundan sonra da “Bir millət, iki dövlət” deyimi ilə birlikdə olmağa davam edəcək!”.

Check Also

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi – Paşinyan işdən çıxardı

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad …