Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Türkiyənin Samsun şəhərində 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Türkiyənin Samsun 19 May Universitetində (Ondokuz Mayıs Üniversitesi) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Samsun Azərbaycan Tələbələr Təşkilatı tərəfindən keçirilən mərasimdə universitetin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra çıxışlar dinlənilib.

Sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi bəşəri cinayəti əks etdirən film nümayiş olunub.

Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi keçirilib. Sərgidə AZƏRTAC-ın arxivindəki fotoşəkillərdən istifadə olunub.

Mərasim bədii hissə ilə davam edib.

Sabir Şahtaxtı

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …